Местоположение: Bakı
İş barədə məlumatlar: Xarici ölkələrin müvafiq dövlət və özəl qurumları ilə işgüzar münasibətlərinin qurulması və inkişaf etdirilməsi; Respublikadaxili və beynəlxalq tədbirlərdə təşkilatı təmsil etmək; Görüşlər, konfranslar və rəsmi tədbirlər üçün təqdimat və çıxış materiallarının hazırlamaq; Müxtəlif mövzular üzrə analitik arayışlar, rəhbərlik üçün hesabatlar və təqdimat materiallarını hazırlamaq; Beynəlxalq təşkilatlar ilə imzalanması nəzərdə tutulan memorandumları, müqavilələri, aktları və digər sənədləri hazırlamaq; Təşkilatın fəaliyyətinə uyğun təhlillər, monitorinq və tədqiqatlar aparmaq; Təşkilatın fəaliyyətinə uyğun xarici ölkələrin analoji təcrübəsini araşdırmaq və həmin təcrübələrin qanunvericiliyə implementasiyası etmək. Namizədə tələblər: Ali təhsil (beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə); Sahə üzrə minimum 2 il iş təcrübəsi; Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək; Beynəlxalq mənbələrlə işləmək, akademik və praktiki araşdırma aparmaq bacarığı; Power Point və digər analoji proqramlarda (Canva, Prezi və s.) işləmə bacarığı; Analitik düşüncə, məlumatların strukturlaşdırılması və vizual təqdimetmə bacarığı Komandada işləmə bacarığı. Əlavə qeydlər: 09:00 – 18:00 iş saatları, 5 günlük iş rejimi Könüllü tibbi sığorta təmin edilir Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək Namizədlərdən CV-ni “BƏT şöbəsinin aparıcı mütəxəssisi” mövzusu ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.