Местоположение: Bakı
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər. Vəzifə öhdəlikləri: Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi; İcraatında olan kredit portfellərinə nəzarət edilməsi; Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması; Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi; Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması; Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması; Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi. Vakant vəzifə üzrə tələblər: Ali təhsil Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi; Office proqramlarında işləmək bacarığı; Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır. Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları; Müştərilərlə davranış etikası. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir. İş şəraiti: Əmək haqqı – 400 azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat) İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); Şənbə və bazar istirahət; Nahar fasiləsi: 13:00 – 14:00; Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı; Əmək haqqına mükafat və əlavə bonuslar; İş ilinin tamamında vəzifə və əmək haqqı artımı; Korporativ nömrəylə təmin edilmə; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Karyera və inkişaf perspektivləri; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı. Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır. Ünvan : Gəncə, Nizami ray. Əttarlar küç, 137; (012) 310 39 21