Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin layihələri üçün müəyyən edilmiş brend üslubuna və kommunikasiya strategiyasına uyğun vizual materialların hazırlanması; Sosial media platformaları üçün post, story, banner və digər digital vizualların hazırlanması; Digital reklam kampaniyaları üçün müxtəlif format və ölçülərdə reklam bannerlərinin və kreativlərin hazırlanması; Reklam kampaniyaları, aksiyalar və xüsusi layihələr üçün kreativ vizual konsepsiyaların hazırlanması; Çap materiallarının – buklet, flayer, kataloq, poster, banner, roll-up, billboard və digər reklam materiallarının dizaynının hazırlanması; Təqdimatların və digər korporativ materialların vizual tərtibatının hazırlanması; Mövcud dizaynların müxtəlif reklam kanalları, format və ölçülərə uyğun adaptasiya edilməsi; Fotoşəkillərin işlənməsi, retuş və rəng korreksiyasının həyata keçirilməsi; Çap üçün nəzərdə tutulan dizayn fayllarının texniki tələblərə uyğun hazırlanması və çapa təqdim edilməsi; Hazırlanan materialların brendbook və şirkətin müəyyən edilmiş vizual standartlarına uyğunluğunun təmin edilməsi; Bütün kommunikasiya kanallarında vahid vizual üslubun qorunmasına nəzarət edilməsi; Content Manager və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləmək; Kontent planına və reklam kampaniyalarının qrafikinə uyğun olaraq dizayn materiallarının vaxtında hazırlanmasının təmin edilməsi; Yeni dizayn trendlərini, vizual kommunikasiya yanaşmalarını və rəqəmsal platformalardakı yenilikləri izləmək, uyğun həlləri şirkətin layihələrində tətbiq etmək; Eyni zamanda bir neçə layihə üzrə dizayn işlərini idarə etmək və müəyyən edilmiş son tarixlərə (deadline) riayət etmək; Hazırlanmış dizayn fayllarının sistemli şəkildə arxivləşdirilməsini və strukturlaşdırılmış formada saxlanılmasını təmin etmək. Brendbukların hazırlanması, mövcud brendbukların yenilənməsi və brendin vizual standartlarının (loqo istifadəsi, rəng palitrası, tipoqrafiya, qrafik elementlər və s.) sistemləşdirilməsi. İş şəraiti: Bakı şəhəri; 5 günlük iş həftəsi (09:00 – 18:00); Əmək haqqı: 1600-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir). Namizədə dair tələblər: Ali təhsil; Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi; Adobe Photoshop, Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı; Adobe InDesign və digər dizayn proqramlarını bilmək üstünlükdür; Sosial media və digital reklam formatları üzrə dizayn prinsiplərini bilmək; Sadə animasiya və motion dizayn proqramlarında işləmək bacarığı üstünlükdür. Çap materiallarının hazırlanması və çapa hazırlıq prosesləri haqqında bilik; Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi və vizual iyerarxiya prinsipləri üzrə bilik; Kreativ düşüncə və verilmiş brif əsasında fərqli vizual həllər təqdim etmək bacarığı; Brendbook və müəyyən edilmiş vizual standartlarla işləmək bacarığı; Detallara diqqət, yüksək məsuliyyət və işlərin vaxtında təhvil verilməsi bacarığı; Portfo Seçim mərhələsində portfolionun təqdim edilməsi mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “ Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.