Местоположение: Bakı
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində “Tabelçi” vakansiyası üzrə namizəd axtarılır. Vəzifə Öhdəlikləri: Layihələr üzrə işçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin müvafiq ERP proramında işlənilməsini təmin etmək; İş vaxtı tabelinin düzgün və vaxtında hazırlanması Növbəli iş rejimi, əlavə iş saatları, gecə növbələri və istirahət günlərinin tabeldə əks etdirilməsi Məzuniyyət, xəstəlik vərəqəsi və işə çıxmama hallarının tabel üzrə uçotu; Tabel məlumatlarının mühasibatlıq və insan resursları şöbəsinə təqdim edilməsi; Tabel sənədlərinin məxfiliyinin və düzgünlüyünün təmin edilməsi Namizədə tələblər: Ali təhsil (İqtisadiyyat, Biznes idarəçiliyi və s.) Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər ; Tabelçilik üzrə minimum 1 il iş təcrübəsi; MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı; Məlumatların sistemə düzgün və vaxtında daxil edilməsi bacarığı; Nəzarət və qərar qəbul etmə bacarığı; Diqqətlilik, məsuliyyət və məxfi məlumatlarla işləmə bacarığı; Komandada işləmə bacarığı və öyrənməyə açıqlıq. Əmək şəraiti: İş yeri: Xırdalan İş rejimi: 5 günlük Əmək haqqı: 700 Azn Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.