SMM üzrə mütəxəssis - Azera Holding

Местоположение: Bakı

Azera Holdinq, tərkibində fəaliyyət göstərən “Tornado -Ş ” QSC üçün SMM üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir. Əsas vəzifələr: Sosial media hesablarının idarə olunması; Kontentlərin hazırlanması, planlaşdırılması və sosial media platformalarında paylaşılması; Müştərilərlə daim əlaqənin saxlanılması və onların müraciətlərinin operativ şəkildə cavablandırılması; Telefon zənglərinin cavablandırılması və fəaliyyətimiz haqqında müştərilərə düzgün, dolğun və ətraflı məlumatın təqdim edilməsi; Müştəri bazasının mütəmadi olaraq təhlil edilməsi; Rəqiblərin fəaliyyət və iş prinsiplərinin araşdırılması, təhlil edilməsi və nəticələrin nəzərə alınması. Tələblər: Ali təhsil İş təcrübəsi 1 ildən çox Azərbaycan dili əla,ingilis dili yaxşı  Microsoft Office proqramları, Adobe Photshop, Canva, Adobe İllustrator, Meta ADS Manager, Google Analytics bilikləri Təmkinli və səbirli olması vacibdir. İş şərtləri ƏM-nə uyğun rəsmiləşdirilmə 5 günlük iş qrafiki  Əmək haqqı: 800 AZN (Əlavə bonus) İş yeri: Ələsgər Qayıbov 1222 Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tornado-Ş QSC SMM üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.