Местоположение: Bakı
“AZERA Holding” Təsərrüfat Fəaliyyətinin İdarə Olunması Departamentinin rəhbəri vakansiyasını elan edir. Vəzifə Öhdəlikləri Təsərrüfat Fəaliyyətinin İdarə Olunması Departamentinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək; Departamentin fəaliyyət istiqamətləri üzrə iş planlarının hazırlanmasını və icrasını təmin etmək; Holdinqin və ona tabe olan şirkətlərin təsərrüfat fəaliyyətinin effektiv təşkili üzrə qərarlar qəbul etmək; Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı prosedur və iş proseslərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək; Departament əməkdaşları arasında iş bölgüsünü aparmaq, fəaliyyətlərini əlaqələndirmək və icraya nəzarət etmək; Tabeliyində olan əməkdaşların əmək, icra və xidmət intizamına riayət etməsinə nəzarət etmək; Təsərrüfat fəaliyyətinin effektivliyi və mövcud problemlərin həlli ilə bağlı digər struktur bölmələrlə koordinasiyanı təmin etmək; Təsərrüfat fəaliyyətinin nəticələri üzrə hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək; Mövcud təsərrüfat proseslərinin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılmasına nəzarət etmək, Anbarlara nəzarət və idarəetmənin təşkil etmək İşçi qüvvəsi və maddi resurslardan səmərəli istifadəni təmin etmək; Departamentin fəaliyyətinə dair məsələləri rəhbərliyin müzakirəsinə təqdim etmək və müvafiq təkliflər vermək; Departamenti aidiyyəti məsələlər üzrə təmsil etmək; Təsərrüfat fəaliyyətində yaranan operativ problemləri müəyyən etmək və onların həlli üzrə tədbirlər görmək; İstifadədə olan əmlak, avadanlıq və digər mal-materialların qorunmasına və səmərəli istifadəsinə nəzarət və təşkil etmək; Təsərrüfat fəaliyyətinə aid proqram təminatlarında məlumatların vaxtında və düzgün qeyd edilməsini təmin etmək; Elektron sənəd dövriyyəsi, 1C və digər korporativ sistemlər üzrə müvafiq məlumat və sənədlərin idarə olunmasını təmin etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək; Yeni əməkdaşların işə uyğunlaşması və fəaliyyətə cəlb olunması prosesində dəstək göstərmək; Departament əməkdaşlarının peşəkar inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaq. Tələblər: Ali təhsil 0 Təsərrüfat fəaliyyətinin idarə edilməsi, Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment, Maliyyə və ya əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür. İdarəetmə, təsərrüfat və tikinti fəaliyyətinin təşkili, satınalma, logistika, əməyin mühafizəsi, inzibati idarəetmə və ya layihələrin idarə edilməsi üzrə əlavə təlim və sertifikatların olması üstünlükdür. Uyğun sahədə ən azı 5 il iş təcrübəsi. Təsərrüfat, tikinti, inzibati idarəetmə, logistika, satınalma və ya digər əlaqəli sahələrdə rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür Azərbaycan dili – mükəmməl; Rus dili –üstünlükdür; İngilis dili – üstünlükdür. MS Office proqramları; 1C və digər ERP sistemləri; Elektron sənəd dövriyyəsi sistemləri; Rəsmi hesabatların hazırlanması və təqdim edilməsi Digər korporativ proqram təminatlarından istifadə bacarığı. Güclü idarəetmə və liderlik bacarığı; Yüksək məsuliyyətlilik; Təşkilatçılıq və planlaşdırma bacarığı; Analitik düşüncə; Operativ qərarvermə qabiliyyəti; Nəticəyönümlülük; Güclü kommunikasiya bacarığı; Komandanı idarə etmək və iş bölgüsü aparmaq bacarığı; Problem həll etmə bacarığı; Stressə davamlılıq; İntizamlılıq və detallara diqqət. İş şərtləri: ƏM-nə uyğun rəsmiləşdirilmə Əmək haqqı: Razılaşdırılma əsasında Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .