Yüklənir...
Местоположение: Bakı
İşəgötürən: "Baku Hotel Company" QSC Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi İş haqda məlumat: İş rejimi: Gecə növbəsi, həftədə 5 iş günü; İstirahət günləri: Həftədə 2 gün, dəyişkən qrafik əsasında; İş saatları: 22:00–07:00 Əmək haqqı: 600 AZN (net) + gecə növbəsinə görə əlavə ödəniş. Qidalanma: Şirkət tərəfindən təmin edilir; Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təminat; Vəzifə tələbləri: Cins: Kişi namizədlərə üstünlük verilir; Yaş: 20–40 yaş; Dil bilikləri: Azərbaycan dili; İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi arzuolunandır; Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə qaydalarını bilmək; Təmizlik məhsullarını tanımaq və onların təyinatına uyğun tətbiqini bilmək; Sanitariya-gigiyena və təhlükəsizlik qaydaları haqqında ilkin biliklərə malik olmaq; Məsuliyyətli, intizamlı, səliqəli və komandada işləmək bacarığına malik olmaq; Gecə növbəsində işləməyə hazır olmaq. Vəzifə öhdəlikləri: "Gecə növbəsi ərzində klubun ümumi istifadə sahələrinin təmizliyini və səliqəsini təmin etmək; Klubun zal, dəhliz, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrində gündəlik təmizlik işlərini həyata keçirmək; Təmizlik avadanlıqlarından və kimyəvi təmizləyici vasitələrdən təyinatına və istifadə qaydalarına uyğun istifadə etmək; Tullantıların toplanmasını, çeşidlənməsini və müəyyən edilmiş qaydada kənarlaşdırılmasını təmin etmək; Təmizlik işləri zamanı sanitariya-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək; Təmizlik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; Klubun bütün müvafiq sahələrini növbəti iş gününə təmiz, səliqəli və istifadəyə hazır vəziyyətə gətirmək; Birbaşa rəhbərin təmizlik və sanitariya ilə bağlı digər tapşırıqlarını yerinə yetirmək. Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "İdman şöbəsi/Əməliyyat bölməsi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.