Yüklənir...
Местоположение: Bakı
Təsvir İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək; İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək; Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək; Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək; Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək; SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək; Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək. Tələblər Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki istiqamət üzrə ali təhsil; Keyfiyyətə nəzarət sahəsində minimum 5 il , rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər; Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə; ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı; ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür; Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı; Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları; Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək. İş yeri: Sumqayıt şəhəri Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Korporativ nömrə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.