Data Science təlimçisi - BERC Group

Местоположение: Bakı

BERC Group MMC “Data Science təlimçisi” vakansiyası üzrə işə qəbul elan edir. İş barədə məlumat: Data Science üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi; Təlim iştirakçılarına Data Science sahəsi üzrə nəzəri və praktiki biliklərin aşılanması; Real biznes problemləri, datasetlər, case-lər və praktiki layihələr əsasında dərslərin keçirilməsi; Məlumatların toplanması, təmizlənməsi, emalı, analizi və vizuallaşdırılması üzrə təlimlərin təşkili; Python proqramlaşdırma dili və Data Science kitabxanalarının praktiki şəkildə izah edilməsi; Statistik analiz, ehtimal nəzəriyyəsi və Data Science üçün zəruri riyazi anlayışların praktik nümunələrlə tədris edilməsi; Feature Engineering və Machine Learning alqoritmlərinin izah edilməsi və praktiki tətbiqlərinin göstərilməsi; Jupyter Notebook, Google Colab və digər uyğun inkişaf mühitlərində praktiki çalışmaların aparılması; Təlim iştirakçılarının fərdi və qrup şəklində Data Science layihələri üzərində işləməsinə mentorluq edilməsi; Praktiki tapşırıqların və layihələrin yoxlanılması, iştirakçılara konstruktiv geribildirimlərin verilməsi; Tədris materiallarının, təqdimatların, datasetlərin, praktiki çalışmaların və layihə tapşırıqlarının hazırlanması; Təlim proqramının səviyyəsinə uyğun olaraq iştirakçıların inkişafının izlənilməsi və qiymətləndirilməsi. Vəzifəyə dair bilik, bacarıqlar və tələblər: Data Science, Machine Learning və ya əlaqəli sahədə minimum 3 il praktiki iş təcrübəsi; Python proqramlaşdırma dili üzrə yaxşı səviyyədə bilik; Pandas, NumPy, Scikit-learn və digər əsas Data Science kitabxanaları ilə praktiki iş təcrübəsi; Statistik analiz, ehtimal nəzəriyyəsi və əsas riyazi anlayışlar üzrə yaxşı bilik; Machine Learning metodları üzrə praktiki təcrübə; Matplotlib, Plotly, Seaborn və ya digər məlumatların vizuallaşdırılması alətləri üzrə praktiki təcrübə; Jupyter Notebook və ya Google Colab ilə işləmə bacarığı; Git/GitHub ilə işləmək üzrə baza və ya orta səviyyədə bilik; Real datasetlər və biznes problemləri ilə işləmək bacarığı; Analitik və məntiqi düşünmə qabiliyyəti; Machine Learning modellərinin nəticələrini düzgün interpretasiya etmək bacarığı; Texniki mövzuları sadə və anlaşılan formada izah etmək bacarığı; Təlim və təqdimat keçmək bacarığı; Auditoriya ilə effektiv kommunikasiya qurmaq bacarığı; Praktiki nümunələr və real layihələr üzərindən izah etmə qabiliyyəti; Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı. Əlavə üstünlüklər: Data Science, Machine Learning, Artificial Intelligence və ya əlaqəli sahələr üzrə beynəlxalq sertifikatların olması; Təlimçi və ya mentor kimi əvvəlki təcrübə; Korporativ və ya peşə təlimlərinin keçirilməsi təcrübəsi; Real Data Science və Machine Learning layihələrində iştirak təcrübəsi; GitHub və ya digər platformalarda təqdim edilə bilən Data Science portfolio layihələrinin olması; Kaggle və digər Data Science platformalarında praktiki fəaliyyət; TensorFlow, Keras və ya PyTorch üzrə bilik və praktiki təcrübə; Deep Learning və Neural Networks haqqında bilik; Natural Language Processing (NLP) və ya Computer Vision üzrə praktiki təcrübə; Time Series Analysis və Forecasting üzrə bilik; Machine Learning modellərinin deployment və MLOps prosesləri haqqında baza bilikləri; Cloud platformaları — AWS, Microsoft Azure və ya Google Cloud — ilə işləmə təcrübəsi; Generative AI, Large Language Models (LLM) və müasir AI həlləri haqqında bilik. İş qrafiki və əməkdaşlıq formatı: Təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun olaraq cəlb edilir; Vakansiya əlavə iş yeri kimi də uyğundur; Təlim saatları əvvəlcədən razılaşdırılır və təlimçinin mövcud iş qrafiki nəzərə alınır. BERC şirkətlər qrupu sizə nə vəd edir? Geniş imkanlar təqdim edən texnoloji mühit; Naharla təminat və idman zalından (daxildə) istifadə. Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır.  Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.  Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.