Elektrik montyoru - Binagadi Oil Company

Местоположение: Bakı

Struktur bölmə:  Elektrik sexi İş yeri:  Bakı şəhəri , Binəqədi qəsəbəsi Ezamiyyətlər:  Nəzərdə tutulmur Sınaq müddəti:  Minimum 3 ay Namizədə tələblər: Peşə təhsili (Müvafiq sahə üzrə diplom və ya sertifikat); Yaş həddi 20 və yuxarı; Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi; İntizamlı, məsuliyyətli və dəqiq olması; Kollektivdə işləmək bacarığı; Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi. Biliklər: Elektrik avadanlıqlarının, elektrik qurğularının və elektrik maşınlarının iş prinsiplərini və istismar qaydalarını bilmək; Elektrik qurğularında təhlükəsizlik texnikası qaydalarını, istehlakçıların elektrik qurğularının istismar qaydalarını və yanğın təhlükəsizliyi qaydalarını bilmək; Elektrik qurğularında mühafizə vasitələrinin tətbiqi və istifadə qaydalarını bilmək. Funksional vəzifələr: Elektrik avadanlıqlarına, elektirik qurğularına, elektrik şəbəkələrinə və avtomat vasitələrinə texniki xidmətin və təmirin   göstərilməsi; Görülən işlərin keyfiyyətinə nəzarət edilməsi; İstifadə olunan elektrik avadanlıqlarının, elektrik qurğularının texniki cəhətdən işlək və saz vəziyyətdə saxlanılması. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 08:00-17:00 (həftədə 5 gün); Servis xidməti mövcuddur (avtobus); Nahar şirkət tərəfindən təmin olunur; Peşəkar inkişaf imkanı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.