Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi - Caspian Engineering Solutions

Местоположение: Bakı

İş yeri:  Bakı şəhəri Əmək haqqı:  3000–3500 AZN Vəzifə öhdəlikləri Tikinti-quraşdırma, söküntü, gücləndirmə və təmir-bərpa layihələrində konstruksiya işlərinin layihə, AzDTN, standart və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək; Dəmir-beton, metal və digər konstruksiya işlərinin keyfiyyətini sahədə yoxlamaq və ITP əsasında nəzarəti həyata keçirmək; Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq; Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə/Sifarişçiyə təqdim etmək; Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq; Uyğunsuzluqları (NCR) müəyyən etmək, qeydiyyata almaq və aradan qaldırılması prosesini izləmək; Keyfiyyətsiz və ya layihədən kənar işlərlə bağlı rəy və düzəldici tədbirlər üzrə tövsiyələr vermək; İşlərin qəbul proseslərində Sifarişçi nümayəndəsi kimi iştirak etmək; Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək; Həftəlik, aylıq və rəhbərlik üçün tələb olunan hesabatları hazırlamaq. Tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil; Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il konstruksiya üzrə iş təcrübəsi; Sifarişçi və ya nəzarətçi təşkilatda konstruktor/keyfiyyət nəzarəti üzrə təcrübəyə üstünlük verilir; AzDTN, tikinti norma və qaydaları və beynəlxalq standartlar üzrə bilik; Layihə sənədləri, IFC çertyojları, ITP və MAR sənədləri ilə işləmə bacarığı; AutoCAD və MS Office, xüsusilə Excel bilikləri; Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı; Layihə sahələrinə mütəmadi səfər etmək imkanı; İngilis dili biliyi. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Konstruksiya üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.