Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Hüquqi şəxslərin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların həyata keçirilməsi; Nizamnamə, təsis qərarı, etibarnamə, protokol və digər korporativ sənədlərin hazırlanması; Şirkətin barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək; Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi; Miqrasiya məsələləri üzrə müraciətlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənilməsi; Şirkətin gündəlik fəaliyyətindən irəli gələn korporativ hüquq məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi və hüquqi risklərin qiymətləndirilməsi; Patent, əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi; Müqavilələrin, hüquqi rəylərin, ərizə və müraciətlərin hazırlanması və hüquqi ekspertizasının aparılması; Namizədə tələblər: Hüquq sahəsində ali təhsil; Hüquqşünas vəzifəsində minimum 3 il iş təcrübəsi; Hüquqi şəxslərin dövlət qeydiyyatı, korporativ dəyişikliklər, miqrasiya hüququ və əqli mülkiyyət hüququ (patentlər) sahələrində praktiki təcrübə; Müvafiq dövlət qurumları ilə işləmə və rəsmi prosedurların aparılması üzrə təcrübə; Müqavilələrin, ərizələrin, etibarnamələrin, hüquqi rəylərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı; Rus və İngilis dillərini sərbəst səviyyədə bilmək; Hüquqi araşdırma və təhlil aparmaq bacarığı; Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı. Konsaltinq sahəsində iş təcrübəsi üstünlükdür. Biz nə təklif edirik? Pozitiv və dəstəkləyici iş mühiti; İş qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30; Həftədə bir dəfə evdən işləmək imkanı; Gross 1 700 – 2 250 AZN əməkhaqqı; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Könüllü tibbi sığorta; Kritik xəstəliklərdən sığorta; Push30 abunəliyi; Peşəkar təlimlərdə iştirak və inkişaf imkanları. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər - https://forms.gle/TVkKdP4EVEpANPiLA