Yüklənir...
Местоположение: Bakı
Tələb olunan bilik, bacarıq və kvalifikasiyalar D kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir; Sürücü vəzifəsində minimum 5 il iş təcrübəsi; Böyük şirkətlərdə və korporativ mühitdə sürücü kimi iş təcrübəsi olan namizədlərə üstünlük verilir; Rəhbər şəxslərin və şirkət əməkdaşlarının daşınması üzrə təcrübə; Yol hərəkəti qaydalarını və təhlükəsiz sürücülük prinsiplərini yüksək səviyyədə bilmək; Avtomobilin texniki vəziyyətinə ilkin nəzarət etmək bacarığı; Məsuliyyətli, intizamlı, punktual və etik davranış qaydalarına riayət edən olmaq; Məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək; Əvvəlki iş yerlərindən müsbət referansların təqdim edilməsi üstünlük hesab olunur. Əsas vəzifə və öhdəliklər Şirkət əməkdaşlarının avtobusla işə gediş-gəlişinin və müəyyən edilmiş marşrutlar üzrə daşınmasının təmin edilməsi; Zərurət yarandıqda şirkətə məxsus minik avtomobilini idarə edərək rəhbər şəxslərin, əməkdaşların və qonaqların daşınması; Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında şəhərdaxili və şəhərlərarası səfərlərin həyata keçirilməsi; Sərnişinlərin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarına ciddi riayət etmək; Təyin edilmiş marşrut və iş qrafikinə uyğun olaraq vaxtında hərəkət etmək; Avtobus və minik avtomobillərinin texniki vəziyyətinə, təmizliyinə və düzgün istismarına nəzarət etmək; Avtomobillərin gündəlik texniki yoxlamasını aparmaq, nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək; Yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və avtomobillərin texniki xidmət ehtiyaclarına nəzarət etmək; Avtomobillərin texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək; Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və digər fövqəladə hallar zamanı müvafiq prosedurlara uyğun davranmaq və rəhbərliyə məlumat vermək; Şirkətin nəqliyyat vasitələrindən yalnız xidməti məqsədlər üçün və təyin edilmiş qaydada istifadə etmək; Sərnişinlərlə nəzakətli davranmaq, şirkətin imicini və etik davranış standartlarını qorumaq; Xidməti səfərlər zamanı məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək; Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .