Yüklənir...
Местоположение: Bakı
Vakansiyanın tələbləri: Proqram təminatının hazırlanması üzrə 2 il; İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır; Java proqramlaşdırma dili üzrə biliklər; Clean code prinsipləri üzrə biliklər; Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər ORM (Hibernate) bilikləri; GIT ilə işləmə bacarığı; Microservice arxitekturası haqında biliklər, Rest API, SOAP üzrə bacarıqlar Verilənlər bazaları (SQL, MySql, Postgresql) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq; Message Brokerlər (RabbitMQ və s.) ilə iş təcrübəsi arzuolunandır; Unit və integration testlər üzrə biliklər Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür; Problem həll etmə və analitik düşüncə. Vəzifə öhdəlikləri: Mövcud məhsullar üçün yeni funksionallıqların əlavə edilməsi; Mövcud funksionallıqların araşdırılması və onlara texniki dəstəyin göstərilməsi; Dokumentasiya əsasında RESTful və SOAP üzərindən digər thirdparty servislərin qoşulmasında iştirak etmək; Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması; Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.