Yüklənir...
Местоположение: Bakı
Vakansiyanın tələbləri: Ali təhsili (İqtisadiyyat, Maliyyə, Hüquq) olan; Analitik düşüncə tərzi və problem həll etmə bacarığı olan; Müvafiq sahədə ən azı 3-4 il iş təcrübəsi olan; Microsoft Office bilikləri olan; İngilis dili biliyi olan; ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan; IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür; CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür. Vəzifə öhdəlikləri: ƏL/TMM qanunvericiliyinin tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsini təmin etmək; Qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, təhlili və araşdırılmasını həyata keçirmək; Yüksək riskli müştərilər və əməliyyatlar üzrə davamlı monitorinqlərin aparılmasını təmin etmək; Müştəri bazasının sanksiya siyahıları ilə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunluqların təhlilini həyata keçirmək; Maliyyə Monitorinqi Orqanına təqdim edilməli hesabatların hazırlanması, avtomatlaşdırılması və müəyyən edilmiş qaydada təqdim olunmasını təmin etmək; Sahəvi və institusional ƏL/TMM risk qiymətləndirilməsini həyata keçirmək və nəticələrinə uyğun tədbirlər görmək; Müştərilərin müəyyən edilmiş ƏL/TMM risk meyarları əsasında risk dərəcələrinin müəyyən edilməsini və müvafiq risk qruplarına təsnifləşdirilməsini təmin etmək; Fəaliyyət istiqaməti üzrə digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsini həyata keçirmək, daxil olan sorğuları araşdırmaq və müvafiq rəylər vermək; ƏL/TMM sahəsi üzrə daxili qayda və prosedurların hazırlanmasında, təkmilləşdirilməsində və onlara dəyişikliklərin edilməsində iştirak etmək. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.