Местоположение: Bakı
Təsvir 35 kV yarımstansiyanın və elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işinə nəzarət etmək; Gərginlik, cərəyan, yük və temperatur göstəricilərini izləmək və qeydə almaq; Güc transformatorlarının, paylayıcı qurğuların və rele mühafizə sistemlərinin vəziyyətinə nəzarət etmək; Təsdiq edilmiş qaydalar və səlahiyyətlər çərçivəsində operativ qoşma və açma əməliyyatlarını yerinə yetirmək; Qəza və nasazlıq hallarında müvafiq təlimatlara uyğun tədbirlər görmək; Təmir və texniki xidmət işlərinin təşkilində iştirak etmək; Növbənin təhvil-təslim prosesini və operativ sənədləşməni təmin etmək; Layihənin tikinti, sınaq və işə salma mərhələlərində iştirak etmək; Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; Baş energetik və aidiyyəti texniki heyətlə koordinasiyalı işləmək. Tələblər Elektroenergetika, elektrik mühəndisliyi və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili; Yüksək gərginlikli yarımstansiyalarda minimum 3 il iş təcrübəsi; 35 kV yarımstansiyaların, transformatorların və paylayıcı qurğuların iş prinsipləri üzrə biliklər; Elektrik sxemlərini və operativ sənədləri oxumaq bacarığı; Rele mühafizəsi və elektrik təhlükəsizliyi üzrə biliklər; Müvafiq elektrik təhlükəsizliyi üzrə ixtisas və səlahiyyət sənədlərinin olması; Növbəli iş rejimində işləyə bilməli; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Servislə təmin olunur Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.