Aşpaz - Laliga Dining and Lounge

Местоположение: Bakı

Əsas öhdəliklər: Menyuya və müəyyən edilmiş standartlara uyğun yeməklərin hazırlanması; Yeməklərin keyfiyyətli, vaxtında və düzgün təqdimatla hazırlanmasının təmin edilməsi; Məhsulların düzgün saxlanılması və səmərəli istifadəsinə nəzarət; Mətbəxdə sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət edilməsi; İş sahəsinin təmiz və səliqəli saxlanılması; Mətbəx komandası ilə koordinasiyalı şəkildə işləmək; Məhsul itkisi və israfın minimuma endirilməsinə diqqət yetirmək; Şirkətin müəyyən etdiyi keyfiyyət və xidmət standartlarına riayət etmək. Kvalifikasiya tələbləri: Təhsil: Orta, orta ixtisas və ya ali təhsil; İş təcrübəsi: Restoran və ya iaşə sahəsində aşpaz kimi iş təcrübəsi; Peşəkar mətbəx mühitində işləmə təcrübəsinə üstünlük verilir. Tələb olunan bilik və bacarıqlar: Yeməklərin hazırlanma və bişirilmə texnologiyaları üzrə praktiki biliklər; Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları üzrə biliklər; Məhsullardan düzgün və qənaətli istifadə bacarığı; Komandada işləmək bacarığı; Operativlik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı; Məsuliyyətlilik və detallara diqqət; Səliqəlilik və intizamlılıq. Təklif edirik: Əmək haqqı: 800–1 000 AZN + servis haqqı; İstirahət: Həftədə 1 gün; Nahar şirkət tərəfindən təmin olunur; Rəsmi əmək müqaviləsi; Performans nəticələrinə əsasən inkişaf və gəlir artımı imkanı; Karyera inkişafı və peşəkar yüksəliş imkanı; Stabil və peşəkar iş mühiti; Güclü komanda ilə işləmək imkanı. İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi . Tələblərə cavab verən namizədlər öz CV-lərini və ya qısa məlumatlarını “Aşpaz” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər. Qeyd: Vakansiya birbaşa LaLiga Dining and Lounge şirkətinə aiddir.