Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək; Əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasını və tətbiqini təmin etmək; Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək; SƏTƏM üzrə təlimat jurnallarının düzgün aparılmasına və imzalanmasına nəzarət etmək; Müntəzəm sahə yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək; İşçilərin əməyin mühafizəsi ilə bağlı müraciətlərini araşdırmaq və müvafiq tədbirlər görmək; Görülmüş işlər və yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək; Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək; Vəzifə üzrə verilmiş tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə yetirmək; İstifadəsində olan material və inventarlardan düzgün istifadə etmək və onların qorunmasını təmin etmək. Namizədə tələblər Yaş: 25 – 45; SƏTƏM sahəsində təcrübə 3-5 il; Kompüter bilikləri; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək və ünsiyyət bacarığı. İş rejimi və əmək haqqı: Əmək haqqı – 800-1000 AZN (müsahibə əsasında müəyyən ediləcək) İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək) Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM Mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.