Местоположение: Bakı
Şirkətimiz komandasına məsuliyyətli, diqqətli və operativ Operator / Mühasib axtarır. Əsas vəzifələr: Gündəlik alış, satış və anbar əməliyyatlarının sistemə düzgün daxil edilməsi; Bank əməliyyatlarının uçotunun aparılması; Müştəri sifarişlərinin sistemdə qeydiyyatı və izlənilməsi; Mühasibat sənədlərinin arxivləşdirilməsi və uçotunun aparılması; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında icrası. Namizədə tələblər: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil Operator və ya mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi; Mikro və MS Excel proqramını yaxşı səviyyədə bilmək; Mühasibat sənədləri ilə işləmək bacarığı; Diqqətli, məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq; Komanda ilə işləmək və ünsiyyət bacarığı. İş şəraiti: İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00; Əməkhaqqı: 900-1000 Azn Rəsmi əmək müqaviləsi; Rahat və peşəkar iş mühiti. Maraqlanan namizədlər CV-lərini "Operator / Mühasib" başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.