Yüklənir...
Местоположение: Bakı
Vəzifə Öhdəlikləri: Xarici əczaçılıq şirkətləri, istehsalçılar və distribütorlar üzrə potensial tərəfdaşları müəyyənləşdirmək və yeni biznes əlaqələri qurmaq; Yeni ölkələr və potensial müştəri qrupları üzrə biznes imkanlarını araşdırmaq, uyğun tərəfdaşları müəyyən etmək və əlaqələrin inkişafını davamlı izləmək; Potensial müştərilərlə ilk təmasdan etibarən yazışma, onlayn görüş və təqdimatları idarə etmək, ehtiyaclarını düzgün müəyyənləşdirmək; Müştərinin ehtiyacına uyğun xidmət çərçivəsini Qeydiyyat və Farmakonəzarət komandaları ilə dəqiqləşdirmək, kommersiya təklifi və qiymət hesablamalarını hazırlamaq; Xarici tərəfdaşlarla qiymət, xidmət həcmi, müddətlər və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək, razılaşdırılmış şərtlərin icrasını kommersiya tərəfdən izləmək; Yeni layihənin daxili komandalara düzgün ötürülməsini təmin etmək və layihə boyunca müştəri ilə kommersiya kommunikasiyasını saxlamaq; Mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək, əlavə ölkə, məhsul və xidmət imkanlarını müəyyən etmək; Müştəri bazasını, danışıqların və layihələrin statusunu aktual saxlamaq, rəhbərliyə qısa və aydın status məlumatları təqdim etmək; Beynəlxalq sərgi, konfrans və B2B görüşlərində şirkəti təmsil etmək; zərurət olduqda xarici ezamiyyətlərdə iştirak etmək; Zərurət yarandıqda kommersiya sifarişləri və logistika ilə bağlı tərəfdaşlarla koordinasiyada iştirak etmək. Tələb Olunan Bilik və Bacarıqlar: Ali təhsil – əczaçılıq, tibb, kimya, biologiya və ya digər əlaqəli sahələr üzrə; Biznesin inkişafı, əczaçılıq və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi; Xarici şirkətlərlə və beynəlxalq biznes mühitində iş təcrübəsi üstünlükdür; İngilis dilində sərbəst işgüzar yazışma və danışıqlar aparmaq bacarığı; rus dili üstünlükdür; Güclü kommunikasiya, təqdimat və danışıqlar aparma bacarığı; Kommersiya təklifləri və qiymət hesablamaları hazırlamaq bacarığı; Məlumatları analiz etmək, prioritetləri müəyyənləşdirmək və bir neçə layihəni paralel izləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı; Xarici ezamiyyətlərdə iştirak etmək imkanının olması; Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli iş yanaşması. Təklif Edilir: Beynəlxalq əczaçılıq şirkətləri ilə birbaşa əməkdaşlıq və müxtəlif bazarlar üzrə praktiki təcrübə qazanmaq imkanı; Peşəkar inkişafı dəstəkləyən iş mühiti, beynəlxalq sərgi, konfrans və biznes görüşlərində iştirak imkanı; Nəticələrə əsaslanan şəffaf KPI və bonus sistemi; Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları; İş qrafiki: həftədə 5 iş günü. İş saatları: 09:00–18:00; alternativ olaraq 08:00–17:00 və ya 08:30–17:30; Əmək haqqı namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.