Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: 1600-1800 Azn İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi) Vəzifə öhdəlikləri: Layihə üzrə işə cəlb edilən müəssisə və podratçı təşkilatların işçi heyətinə müvafiq təlim və təlimatların keçirilməsi; Təqdimatlar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması; Layihədə tətbiq olunan SƏTƏMM prosedurları, qaydaları və təlimatları barədə işçiləri məlumatlandırmaq. Aylıq və rüblük təlim planlarının hazırlanması, təlim cədvəllərinin excel formatda tərtibi və icrasının effektiv şəkildə təşkili; Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması; Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏMM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi; Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramının hazırlanması və icrasını təmin etmək; Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək; Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi; Qanunvericilik nəzdində olan biliklərin yoxlanma prosedurunun həyata keçirilməsi, sənədləşdirilməsi və izlənməsini həyata keçirmək; Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalları, aktları, protokolları hazırlamaq; Qəza, hadisə və sovuşan xəta hallarından sonra öyrənilmiş dərslərə əsasən əlavə maarifləndirici təlimlərin keçirilməsini təmin etmək; Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi artırılmasına dəstək göstərmək; Layihə üzrə dövrü olaraq keçirilməli olan ilkin yardım, fövqəladə hallar üzrə təlim və tətbiqatların keçirilməsinə təşkil etmək; Layihə üzrə SƏTƏMM Şöbəsi tərəfindən tərtib edilən excel formatlı reyestrlərin izlənməsi və yenilənməsi; Layihədə intensiv əməliyyatlar zamanı lazım gəldikdə Şöbə Rəhbərinin göstərişinə əsasən sahə nəzarətini həyata keçirmək; Vəzifə ilə bağlı tələblər: Tikinti istiqaməti üzrə müvafiq vəzifədə minimum 3 il staj tələb olunur Müvafiq ali texniki təhsil Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartlar haqqında biliklər Planlama, analiz və idarəetmə bacarığı; MS Office (MS Word, MS Excel) üzrə biliyin olması; Təlim metodologiyası bilikləri olmalı; Əlavə məlumat Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir. İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏMM Təlimçisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.