Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Çörək, bulka və müxtəlif un məmulatlarının hazırlanmasını həyata keçirmək; Xəmirin hazırlanması, mayalandırılması, formalaşdırılması və bişirilməsinə nəzarət etmək; Məhsulların reseptlərə və hotel standartlarına uyğun hazırlanmasını təmin etmək; İstifadə olunan xammalın keyfiyyətinə və təzəliyinə nəzarət etmək; Hazırlanan məhsulların dad, görünüş və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək; Günlük istehsal planına uyğun məhsulların vaxtında hazırlanmasını təmin etmək; Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək; İş yerinin və avadanlıqların təmizliyini və sanitariya qaydalarına uyğunluğunu təmin etmək; Qida təhlükəsizliyi və HACCP standartlarına riayət etmək; Mətbəx komandası ilə koordinasiyalı işləmək. Namizədə tələblər: Çörəkçi və ya çörəkçilik sahəsində minimum 2 il iş təcrübəsi ; Hotel və ya restoran sektorunda iş təcrübəsi üstünlükdür; Çörək və müxtəlif un məmulatlarının hazırlanması üzrə praktiki bilik; Xəmirin hazırlanması və mayalanma prosesləri üzrə yaxşı bilik; Resept və texnoloji proseslərə riayət etmək bacarığı; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komanda ilə işləmək bacarığı; Yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Bölmə Aşbazı – Çörəkçi” qeyd etmələri xahiş olunur.