Местоположение: Bakı
Vəzifə öhdəlikləri Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar zamanı təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək; Sensorların, transmitterlərin, ölçü cihazlarının və digər elektron cihazların quraşdırılmasını, sazlanmasını, kalibrlənməsini və texniki xidmətini həyata keçirmək; Sənaye avtomatlaşdırma və idarəetmə sistemlərinin, və digər elektron idarəetmə sistemlərinin işinə nəzarət etmək və nasazlıqların aradan qaldırılmasında iştirak etmək; Elektron avadanlıqlar arasında siqnal və kommunikasiya kabellərinin çəkilməsini, qoşulmasını, markalanmasını və texniki vəziyyətinin yoxlanılmasını təmin etmək; Elektron və idarəetmə sistemlərində siqnalların, giriş-çıxışların (I/O), rabitə xətlərinin və enerji təchizatının yoxlanılmasını həyata keçirmək; Avadanlıqların texniki xidmət və təmiri zamanı tələb olunan ölçmə cihazlarının, xüsusi alətlərin, ehtiyat hissələrinin və istehlak materiallarının mövcudluğunu təmin etmək və onların düzgün istifadəsinə nəzarət etmək; Elektron avadanlıqların və sistemlərin texniki sənədlərini, elektrik və elektron sxemlərini, kabel cədvəllərini, avadanlıq pasportlarını və digər texniki sənədləri oxumaq və onlardan istifadə etmək; Aparılmış texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki hesabatları və iş qeydlərini hazırlamaq və təqdim etmək; Elektron avadanlıqlar üzərində profilaktik texniki xidmət və planlı baxış işlərini həyata keçirmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək; Elektron avadanlıqlar üzərində işə başlamazdan əvvəl müvafiq enerji təcridetmə (LOTO), iş icazəsi (Permit to Work) və digər təhlükəsizlik prosedurlarının tətbiq edilməsini təmin etmək; Partlayış təhlükəli zonalarda (Ex Zone) işləyərkən müvafiq partlayışdan mühafizə tələblərinə və təsdiq edilmiş prosedurlara riayət etmək; Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, daxili prosedurlara və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini yoxlamaq; Təmir və texniki xidmət işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək; İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək; Namizədə tələblər Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür); Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi ; Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər; Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı; SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .