Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri - Nur Collection

Местоположение: Bakı

“Nur Collection ”  MMC “Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri” vəzifəsinə vakansiya elan edir. Əmək haqqı : Razılaşma yolu ilə İş şəraiti 5 günlük iş qrafiki Nahar şirkət tərəfindən təmin olunur Ünvan: Bakı-Sumqayıt yolunun üstü Ümumi Məlumat: Maliyyə rəhbəri şirkətin maliyyə strategiyasının hazırlanmasına, icrasına və maliyyə dayanıqlığının təmin olunmasına cavabdehdir. Şirkətin maliyyə və vergi siyasətinin formalaşdırılması, maliyyə hesabatlarının düzgünlüyünün və şəffaflığının təmin edilməsi əsas vəzifələrdəndir. Əsas Vəzifələr : Müəssisənin gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; ƏDV, ÖMV, mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanması; Kassa əməliyyatlarının uçotunun təşkili; 1C proqramında əməliyyatların düzgün müxabirləşdirilməsinə nəzarət; Mühasibat uçotu proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin etmək; Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması – Mənfəət və Zərər, Nağd vəsaitlərin (pulun) hərəkəti və Balans və kapitalda dəyişikliklər kimi başlıca hesabatların hazırlanması, nəticələrin təhlil olunması və rəhbərliyə təqdim edilməsi; Hesabatların Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğunun təmin edilməsi; Maliyyə (mühasibat) şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək və komandanın fəaliyyətini inkişaf etdirmək; Şirkətin maliyyə strategiyasının müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi; Şirkətin ümumi maliyyə strategiyasının hazırlanması və tətbiqi. Büdcənin tərtib edilməsi və icrasına nəzarət. Maliyyə axınlarının idarə olunması və pul vəsaitlərinin düzgün yönləndirilməsi. Gəlir və xərclərin təhlili, qənaət imkanlarının müəyyən edilməsi. Maliyyə risklərinin təhlili və risklərin idarə olunması tədbirlərinin görülməsi. Banklarla və digər maliyyə qurumları ilə əməkdaşlığın təşkili. Audit və yoxlama proseslərində iştirak və koordinasiya. ERP və maliyyə proqram təminatlarının tətbiqinə nəzarət. Namizədə tələblər: Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür); Maliyyə və mühasibatlıq sahəsində  ən azı 3-5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya baş mühasib) iş təcrübəsi; Maliyyə-təsərrüfat əməliyyatlarının bütün istiqamətləri üzrə praktiki bilik və təcrübə; Vergi Məcəlləsi, əmək və mühasibat uçotu üzrə qüvvədə olan qanunvericiliyi dərindən bilmək; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə bilik (müvafiq sertifikat üstünlükdür); Peşəkar Mühasib sertifikatına malik olmaq; MS Office, 1C, BTP və EFP proqramlarında yüksək səviyyədə işləmək bacarığı; ERP sistemlərinin mühasibatlıq və maliyyə modulları ilə işləmək təcrübəsi; Analitik düşünmə, liderlik, yüksək məsuliyyət və qərarvermə bacarığı. İstehsalat sahəsində təcrübəsinin olması üstünlükdür Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri ”   qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.