Korporativ müştərilərə xidmət üzrə mütəxəssis - PeakPin

Местоположение: Bakı

PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Komandamıza istifadəçilərimiz və tərəfdaş məkanlarımızla peşəkar ünsiyyət quracaq, platformada keyfiyyət standartlarını qoruyacaq Müştəri dəstəyi və moderasiya mütəxəssisi axtarırıq. Vəzifə öhdəlikləri: İstifadəçi və məkan müraciətlərini (tətbiqdaxili, e-poçt və telefon vasitəsilə) operativ, nəzakətli və dəqiq cavablandırmaq; Tətbiqə əlavə olunan məkan profillərini, kampaniyaları, tədbirləri, PinBox təkliflərini, foto və videoları daxili qaydalara uyğun yoxlamaq (moderasiya); İstifadəçi paylaşımları və şikayətlər üzrə qərar vermək, qayda pozuntularını aidiyyəti qaydada həll etmək; Texniki və xidmət xətalarını qeydə alıb aidiyyəti komandaya yönləndirmək, həll prosesini sona qədər izləmək; Xidmət keyfiyyətini və istifadəçi məmnuniyyətini yüksək səviyyədə saxlamaq. Tələblər: Xanım namizədlər Azərbaycan dilində səlis, aydın və savadlı nitq (şifahi və yazılı); Rus və ya ingilis dili bilikləri böyük üstünlükdür, türk dili də arzuolunandır; Yüksək ünsiyyət bacarığı: dinləmək, empatiya qurmaq, təmkinli olmaq, konfliktləri müsbət həll etmək; Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri; Dəqiqlik, məsuliyyət və detallara diqqət; Gülərüz, pozitiv və komandada işləməyə həvəsli olmaq; Müştəri xidmətləri, çağrı mərkəzi və ya moderasiya sahəsində təcrübə üstünlükdür. Təminatlar və iş şəraiti: Rəsmi əmək müqaviləsi və sosial sığorta; Əməkhaqqı: 700 AZN; (Başlanğıc) Gənc və dinamik startap kollektivi, karyera inkişafı üçün real imkan; İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət; Ünvan: Bakı  Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.