Местоположение: Bakı
İş barədə məlumat PeakPin — Yeni fəaliyyətə başlayan, geolokasiya əsaslı mobil platforma üzərindən insanlara seçdiyi radius üzrə ətrafdakı biznesləri və onların fürsətlərini (Kampaniya, Tədbir, Pinbox) göstərir. Şirkət PEAKPİN MMC-dir; komanda indi formalaşır və ilk satış təmsilçilərini axtarırıq. Nə təklif edirik? Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı, sosial sığorta — ilk gündən Sabit əmək haqqı 700 AZN + hər satışdan bonus Bonus satış sayına görə artır: günün satışlarının 30%-dən 45%-ə qədər, üstəlik hər aktiv abunədən aylıq 3% — məkan abunədə qaldıqca hər ay Real gəlir nümunəsi: gündə 5 satışla ~1 400 AZN, gündə 8 satışla ~2 300 AZN, 12 satışla ~4 500 AZN (brüt, aylıq) Aylıq maksimum bonus 7 000 AZN-ə qədər Ödəniş ayda bir dəfə, karta Öz gəlirinizi portalda hər gün görürsünüz — brüt və net, hesab şəffafdır İş Qrafiki: Həftədə 6 gün: B.e–Cümə 09:00–17:00, Şənbə 10:00–15:00 Səhər ofisdə gün planı, sonra sahədə — işin əsas hissəsi məkanlarda keçir Gündəlik minimum satış norması var (başlanğıc dövr üçün gündə 3 abunə) Sınaq müddəti 10 gün Vakansiya sayı: 10. Bölgələr: Səbail, Nəsimi (2), Yasamal, Nərimanov, Nizami, Xətai, Binəqədi, Sabunçu, Suraxanı–Xəzər. Öhdəliklər Təhkim olunmuş Bakı şəhəri üzrə bölgələrdə kafe, restoran, salon, mağaza və digər 40 kateqoriya üzrə biznesləri ziyarət etmək PeakPin-i təqdim edib obyekti platformaya abunə etmək, Hər satışı və ziyarəti şirkətin mobil portalında qeyd etmək (3 toxunuş — sadədir), Abunə olmuş bizneslərin qalıcılığını təmin etmək, müvafiq xidmətlərdən istifadədə köməklik göstərmək. Tələblər Ünsiyyətcil, qapıdan içəri girməkdən çəkinməyən Bakını tanıyan, gün ərzində gəzməyə hazır Smartfonla rahat işləyən Satış təcrübəsi üstünlükdür, məcburi deyil — məhsulu öyrədirik Azərbaycan dili sərbəst; xarici dil üstünlükdür Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Uyğun namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.