Местоположение: Bakı
Resant Hotels komandası 1C proqramı üzrə mühasib vəzifəsi üçün peşəkar və məsuliyyətli namizəd axtarır. Əsas vəzifə öhdəlikləri: Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənilməsi; İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi; Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin uçotunun aparılması; Debitor və kreditor borclarının uçotunun aparılması və qarşılıqlı üzləşmələrin həyata keçirilməsi; Əməkhaqqı və işçilərlə hesablaşmalar üzrə mühasibat əməliyyatlarında iştirak; Elektron qaimə-faktura, hesab-faktura və digər mühasibat sənədlərinin hazırlanması və işlənilməsi; Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və yoxlanılması; Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq mühasibat əməliyyatlarının aparılmasına dəstək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi. Namizədə tələblər: Ali və ya orta ixtisas təhsili (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); Mühasibat uçotu sahəsində ən azı 2–4 il iş təcrübəsi ; 1C proqramında sərbəst işləmək bacarığı ; Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə əsas biliklər; Elektron qaimə-faktura, hesab-faktura və digər mühasibat sənədləri ilə işləmək bacarığı; MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı ; Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı; Diqqətli, məsuliyyətli və dəqiq olmaq; Komandada işləmək və tapşırıqları müəyyən olunmuş müddətlərdə yerinə yetirmək bacarığı. Üstünlük hesab olunur: 1C 8.3 versiyası ilə iş təcrübəsi ; e-taxes, e-qaimə və e-banking sistemləri ilə işləmək bacarığı ; İctimai iaşə, pərakəndə və ya xidmət sektorunda mühasibat sahəsində iş təcrübəsi. Resant Hotels komandasında peşəkar inkişaf etmək və dinamik iş mühitinin bir hissəsi olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .