Местоположение: Bakı
Rifah qrup komandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq! Vəzifə öhdəlikləri Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək; Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların və prosedurların icrasını təmin etmək; Mağaza rəhbərlərinin və işçi heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək; Satış proseslərinin düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək; Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət etmək; Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq; Məhsul çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək; Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və maliyyə intizamına nəzarət etmək; Müştəri şikayətlərinin, geri qaytarılma və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək; Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət etmək; Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə nəzarət etmək; Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə icrasını izləmək; Mağazalarda aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq; Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək; Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə hesabat təqdim etmək; Əməliyyat proseslərinin optimallaşdırılması və şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək. Tələblər Ali təhsil; Pərakəndə satış, mağazalar şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi; Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi arzuolunandır; Pərakəndə satış proseslərini və mağaza idarəetmə prinsiplərini yaxşı bilmək; Anbar, logistika, inventarizasiya və mal dövriyyəsi prosesləri üzrə biliklər; Satış, kassa və müştəri xidmətləri proseslərini qiymətləndirmək bacarığı; Excel və hesabat proqramları ilə işləmək bacarığı; KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili üzrə biliklər; Daxili audit və yoxlama aparmaq bacarığı; Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti; Tələbkarlıq, prinsipiallıq və yüksək məsuliyyət; Komandanı idarə etmək, ünsiyyət və nəzarət bacarığı; Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır olmaq. Əsas KPI Göstəriciləri Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi; Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi; İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması; Kassa və maliyyə intizamının qorunması; Müştəri xidmətlərinin keyfiyyət göstəriciləri; İşçi intizamı və davamiyyət göstəriciləri; Mağazaların əməliyyat effektivliyi; Audit və yoxlamaların nəticələri; Müəyyən edilmiş tədbirlər planının vaxtında icrası. Şirkət tərəfindən təklif olunan Rəqabətədavamlı əməkhaqqı; Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; İdarəetmə proseslərində aktiv iştirak imkanı Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.