Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Şirkətdaxili hesabat və sorğuların vaxtında cavablandırılması; İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək; Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək; Xarici auditorla bağlı sorğuların cavablandırılması, Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması; Maliyyə risklərinin qiymətləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Namizədə olan tələblər: Təhsil - Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi) Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi Dil bilikləri - Azərbaycan dili, İngilis dili Microsoft Office proqramları üzrə biliklər; ERP sistemində işləmək bacarığı; ACCA F3, F7 və Beynəlxalq Maliyyə Hesabatlılığı standartları üzrə biliklər; Vəzifənin tələb etdiyi səriştəliliklər: Məsuliyyətli, diqqətli və vaxtı səmərəli idarəetmə Analitik təhlil və məntiqi düşüncə Komanda ilə işləmə və kommunikasiya Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.