Местоположение: Bakı
İş şəraiti İş qrafiki: 5 günlük İş saatı: 09:00-18:00 Əsas vəzifə öhdəlikləri: Tikinti və təmir layihələri üzrə MEP işçi çertyojlarının (shop drawing) hazırlanması; Layihə və texniki sənədlərin oxunması, təhlili və sahəyə uyğunlaşdırılması; Elektrik, mexaniki və santexnika sistemləri üzrə çertyojların hazırlanması və koordinasiyası; Sahədə ölçülərin götürülməsi və as-built çertyojların hazırlanması; MEP işlərinin layihə, spesifikasiya və texniki tələblərə uyğunluğunun yoxlanılması; Material və avadanlıq spesifikasiyalarının hazırlanması və texniki sənədlərin yoxlanılması; Sahə komandası, digər mühəndislər və podratçılarla MEP işlərinin koordinasiyası; Vəzifə üzrə tələblər: MEP, mexanika, elektrik mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi ; HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə bilik; MEP layihələrinin hazırlanması və texniki çertyojların oxunması bacarığı; AutoCAD proqramında işləmə bacarığı; Revit MEP proqramını bilmək üstünlükdür; Texniki sənədləşmə və spesifikasiyaların hazırlanması üzrə bacarıq; MEP sistemlərinin quraşdırılması və texniki nəzarəti üzrə anlayış; Yüksək məsuliyyətlilik və dəqiqlik; Komandada işləmək və müxtəlif şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı; Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “ MEP mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.