Местоположение: Bakı
İş barədə məlumat: Maliyyə hesabatlarını (gəlir-xərc, balans, pul axını və s.) hazırlamaq və rəhbərliyə təqdim etmək Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq Vergi öhdəliklərinə, mühasibat uçotu və maliyyə prosedurlarına riayət olunmasını təmin etmək Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi; Daxili audit proseslərini dəstəkləmək və maliyyə nəzarət mexanizmlərini gücləndirmək Debitor və kreditor ödənişlərinə nəzarət etmək Maliyyə göstəricilərini analiz edərək rəhbərliyə inkişaf təklifləri təqdim etmək Banklar, auditorlar və digər maliyyə qurumları ilə işgüzar əlaqələri idarə etmək Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması; Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması; E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək; Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması; Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması; Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması; Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi; Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması; Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi Əsas tələblər: Staj: 5 ildən çox Yaş: 25 — 40 yaş Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə). Azərbaycan dilində mükəmməl bilmək (Rus və ingilis dili biliyi üstünlükdür). 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək. Beynəlxalq sertifikatları (F3, F7) olması arzu olunandır, PMS sertifikatı mütləqdir. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; İş şərtləri: İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00dək) istirahət günü:şənbə, bazar. Əmək haqqı: 2000 — 2300 Azn Sınaq müddəti: 3 ay Ərazi: Bakı İş rejimi: 5 günlük iş qrafiki Cv formasında şəkil olması mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.