Местоположение: Bakı
“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Loyallıq üzrə rəqəmsal layihə koordinatoru” vəzifəsi üzrə aktiv vakansiya var. Tələblərimiz: Ali təhsil; Yaş həddi: 25-35; Microsoft proqramlarında işləmək bacarığı; Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı; Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır; Komandada işləmək bacarığı; Ölkədaxili ezamiyyətlərə açıq olmaq; Layihə idarəetməsinin nəzəri və praktiki biliklərinə sahib olmaq; Stressə və tələbkarlığa davamlı, disiplinli; Planlaşdırma, təşkilatçılıq və auditoriya qarşısında çıxış etmə bacarıqlarının yüksək olması; Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması. Rəqəmsal həllərin hazırlanması və tətbiqi: Sadiqlik proqramını dəstəkləyən rəqəmsal alətlərin və platformaların, o cümlədən mobil tətbiqlər, veb platformalar və CRM sistemlərinin hazırlanması və tətbiqi prosesinin idarə edilməsi. İstifadəçi təcrübəsinin optimallaşdırılması: Sadiqlik proqramının rəqəmsal kanallarında, o cümlədən mobil tətbiqlərin və veb saytların interfeyslərində istifadəçi təcrübəsinin təhlili və təkmilləşdirilməsi, maksimum rahat şəkildə proqram alətlərindən istifadənin və üzvlərin fəallığının təmin edilməsi. Analitika və hesabatlılıq: Rəqəmsal kanallarda proqram iştirakçılarının davranışları haqqında məlumatların toplanması və təhlili, sadiqlik proqramı strategiyasının optimallaşdırılması üçün hesabatların və analizlərin hazırlanması. Rəqəmsal həllərin inteqrasiyası: Sadiqlik proqramının fasiləsiz işləməsini təmin etmək üçün rəqəmsal alətlərin şirkətin mövcud sistemləri, o cümlədən CRM, marketinq platformaları və digər zəruri sistemləri ilə inteqrasiyasının koordinasiyası. Məlumatların təhlükəsizliyinin təmin edilməsi: Rəqəmsal kanallarda proqram iştirakçılarının məlumatlarının qorunması proseslərinin idarə edilməsi, bütün normativ tələblərə və təhlükəsizlik standartlarına riayət edilməsi. Texniki dəstək və tərəfdaşlarla əlaqə: Texniki tərəfdaşlar və daxili şöbələrlə rəqəmsal effektiv kommunikasiya və rəqəmsal dəstəyin göstərilməsi. Texniki tapşırıqların hazırlanması, tətbiq olunması və həyata keçirilməsinə nəzarət. Yeni texnologiyaların monitorinqi: Rəqəmsal sadiqlik sahəsində yeni texnologiyaların və trendlərin izlənməsi və qiymətləndirilməsi, proqramın effektivliyini artırmaq üçün innovasiyaların tətbiqi. Komandaların koordinasiyası: +5 koordinasiyası və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün digər şöbələrlə qarşılıqlı əlaqə. İnteraktiv strategiyaların hazırlanması: Proqram üzvləri ilə rəqəmsal loyallıq prinsipləri əsasında qarşılıqlı əlaqə və təkmilləşdirmə strategiyalarının, eləcə də planların yaradılması. Yeni modulların və rəqəmsal həllərin təqdim olunması. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.