Yüklənir...
Местоположение: Bakı
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyalty Program Data Analyst” vəzifəsi üzrə aktiv vakansiya var. Tələblərimiz: Kişi və ya xanım namizədlər; Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə); Yaş həddi: 22-35; Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır; Müvafiq sahədə ən azı 2 illik təcrübə; Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı; Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq; Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Excel bilikləri yüksək səviyyədə olmalıdır; Phyton və SQL bilikləri də üstünlükdür. İş öhdəlikləri: Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili. Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması. Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili. Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi. Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili. Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması. Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş. Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi. İş şəraiti: Öyrədici və inkişafameyilli iş mühiti; Əmək qanunvericiliyinə uyğun sənədləşmə; İş vaxtı həftədə 6 gün; Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Loyalty Program Data Analyst” başlığı altında göndərə bilərlər.