Project Coordinator - Business Insight International Research Group

Местоположение: Bakı

“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Project Coordinator” vəzifəsi üzrə  aktiv vakansiya var.   Tələblərimiz: Kişi namizədlər; Ali təhsil; Yaş həddi: 25-35; Microsoft proqramlarında işləmək bacarığı; Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı; Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır; Komandada işləmək bacarığı; Ölkədaxili ezamiyyətlərə açıq olmaq.  Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması.  İş öhdəlikləri: Tədbirlərin təşkil olunması və idarəolunması; Tədbirlərdə məruzələrin və çıxışların olunması; Layihə mərhələlərinin və resursların idarəolunması; Bölgə üzrə təyin olunmuş nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq; Layihələrin idarəolunması zamanı, zəruri hallarda part-time əməkdaşların cəlb olunması və işlərinə nəzarət; Müştəri loyallığı layihəsində koordinasiyanın və kommunikasiyanın effketiv  təşkil olunması; Layihənin inkişafı və regional olaraq böyüdülməsi məqsədilə, səfərlərin təşkil olunması və ezamiyyətlər; Müştərilərlə və dilerlərlə görüşlərin təşkil olunması və birbaşa işitrak; Layihəyə yeni müştərilərin cəlb olunması; Görülən işlərə və icra olunmuş layihələrə dair hesabatların rəhbərliyə təqdim olunması. İş şəraiti: Öyrədici və inkişafameyilli iş mühiti.  Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə; İş vaxtı həftədə 6 gün; Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.  Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına “Project Coordinator” başlığı altında göndərə bilərlər.