Aparıcı mühasib - Business Service Centre LTD

Местоположение: Bakı

Öhdəliklər: Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək; Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması; Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi; Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması; Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması. Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV) Statistika hesabatlarının hazırlanması və göndərilməsi Tələblər: İqtisadi və ya riyazi ali təhsil 1-2 il iş təcrübəsi (Consulting firmasında olması üstünlükdür) 1C (mühasibat) və ofis proqramlarından yaxşı səviyyədə istifadə bacarığı E-qaimənin yazılması, yerli və xarici ödənişlər Elektron sistemlərdən yaxşı istifadə bacarığı Sadələşdirilmiş, ÖMV vahid bəyannamə və statistika hesabatlarının hazırlanması Əmək haqqı hesablaması Biz nə təklif edirik? Mehriban, dinamik və daim köməyə hazır komanda Layihədaxili təlimlər Şəxsi və peşəkar inkişaf Karyera imkanları Əmək haqqı 600-800 AZN Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.  Əlaqə nömrəsi: 070 493 32 03