Yüklənir...
Местоположение: Bakı
Təsvir Android platformasında mobil tətbiqlərin qurulması və inkişaf etdirilməsinə töhfə vermək; Tərtib olunmuş texniki tələblərə və UI/UX dizayn çərçivələrinə uyğun proqram təminatı hazırlamaq; Mobil tətbiqlərin performansını, stabilliyini və miqyaslana bilməsini təmin etmək; UI/UX dizaynerlər və backend mühəndislərlə sıx əməkdaşlıq edərək məhsulun funksionallığını və istifadəçi təcrübəsini təkmilləşdirmək; Kodun düzgünlüyünü və inteqrasiyasını təmin etmək üçün testlər hazırlamaq və tətbiq etmək; Sürət, keyfiyyət və stabil işləmə üçün sistem testləri həyata keçirmək; Üçüncü tərəf sistemləri, API-lər və kitabxanalar ilə inteqrasiyanı həyata keçirmək; Texniki problemlər və kompleks biznes tapşırıqları üçün effektiv mühəndislik həlləri hazırlamaq; Kodun keyfiyyətini və funksionallığını təmin etmək məqsədilə kod review prosesində iştirak etmək; Proqram təminatında edilmiş dəyişikliklərin son istifadəçiyə düzgün və stabil şəkildə çatdırılmasını təmin etmək; Daxili mühəndislik müzakirələrində və texniki qərarların qəbulunda iştirak etmək; Tələblər Android development sahəsində minimum 5 il iş təcrübəsi (yalnız Senior səviyyəli namizədlər); Kotlin və Android SDK üzrə yüksək biliklərı; Jetpack komponentləri və müasir Android arxitekturaları üzrə təcrübə; RESTful API infrastrukturu ilə iş təcrübəsi; Verilənlərin strukturu və alqoritmlər üzrə bilik; Kodun funksionallıq və inteqrasiya testlərini hazırlamaq bacarığı; Asinxron və reaktiv proqramlaşdırma prinsipləri üzrə bilik; Local data storage və cache mexanizmləri ilə işləmə təcrübəsi; CI/CD prosesləri üzrə təcrübə; Dependency Injection prinsipləri üzrə bilik; Mobil tətbiqlərin performans optimizasiyası və stabil işləməsi üzrə təcrübə; Vakansiya haqqında Tam remote iş imkanı. İşə başlanğıc mərhələsində freelance formatında əməkdaşlıq mümkündür. Qarşılıqlı razılaşma və nəticələrdən asılı olaraq, daha uzunmüddətli və ya full-time əməkdaşlığa keçid mümkündür. Senior səviyyəyə uyğun rəqabətli əməkhaqqı; Stabil və uzunmüddətli layihələrdə işləmək imkanı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Mövzu hissəsində “Senior Kotlin Developer” qeyd etməyi unutmayın. Müraciət maili gm.grbnv@gmail.com