Marketinq şöbəsinin müdiri - CAMAL LTD

Местоположение: Bakı şəhəri,

Зарплата: 2500

Vəzifə öhdəlikləri Bazar araşdırmasını həyata keçirmək, bazarda mövcud olan rəqibləri müəyyən etmək; Bazar araşdırması və satış təhlilinin yekun nəticələri əsasında istehsalat planı tərtib edərək yeni məhsulların yaradılmasını və bazara çıxarılmasını təmin etmək; İllik marketinq strateji planını hazırlamaq; İllik marketinq üzrə büdcə planını hazırlamaq; Müvafiq müştəri axını kanallarının təhlilini aparmaq; Şirkəti kütləvi informasiya vasitələrində təmsil etmək; Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək; Cəmiyyətin iştirakı olan sərgiləri və tədbirləri təşkilini həyata keçirmək; Marketinq təhlil nəticələrinə uyğun yeni reklam kampaniyaları üzrə təkliflər hazırlamaq, təsdiq üçün Rəhbərliyə təqdim etmək; Brendin tanınmasını təmin etmək; Marketinq şöbəsi üzrə mövcud prosesləri idarə etmək; Cəmiyyətin yeni layihələrini Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam icra etmək. Vəzifəyə dair tələblər: Ali təhsil; Ən azı 5 il iş təcrübəsi rəhbər olaraq (Marketinq sahəsində); MS Office proqramlarında işləmək bacarığı;   Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə. İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, komandada işləmək bacarığı, stressə davamlılıq. İş şəraiti: 6 günlük iş qrafiki Nahar və korporativ nömrə ilə təmin edilmə; Əmək haqqı 2500 azn + (bonus) Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi,döngə9/21D Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et  düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  Müraciət maili  hr@iceland.az