Həcm üzrə mühəndis (MEP – Mexanik, Elektrik, Santexnik) - Capital Construction MMC

Местоположение: Bakı

Vəzifə və funksional öhdəliklər: Mexanika, elektrik və santexnik sistemlər üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması  Tikinti və quraşdırma işləri üzrə smetaların hazırlanması və təhlili  Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi  Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi  Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yoxlanılması  Həcm cədvəllərinin düzgünlüyünün təmin edilməsi və mütəmadi yenilənməsi  Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların korrektə edilməsi  Texniki sənədlərin və hesabatların hazırlanması və təqdim olunması  Layihə komandası ilə sıx əməkdaşlıq edərək iş prosesinin optimallaşdırılması  Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq sahə üzrə ali təhsil (inşaat, mexanika, energetika və ya əlaqəli sahə)  Minimum 3 il MEP sahəsində iş təcrübəsi  AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı  Tikinti və mühəndis sistemləri üzrə güclü praktiki bilik  Smeta və həcmlərin hesablanması üzrə təcrübə  Analitik düşünmə və detallara diqqət  Komandada işləmək və effektiv kommunikasiya bacarığı  Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq İş şəraiti:  İş yeri: Bakı şəhəri, Nəsimi r., İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Jooble.az - Həcm üzrə mühəndis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: hr@capitalconstruction.az