Yükləyici sürücüsü (Bobcat) - Capital Construction MMC

Местоположение: Bakı

Vəzifə və funksional öhdəliklər: Cəmiyyətin fəaliyyət göstərdiyi ərazilərdə, idarə etdiyi nəqliyyat vasitəsi ilə yüklərin yüklənməsini, boşaldılmasını, yerdəyişməsini və tələb olunan yerlərə yığılmasını təmin etmək; İdarə etdiyi yükvuranın, yüktutma mexanizmlərinin və digər xüsusi qurğuların düzgün və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək; Yükvuranın işindəki nasazlıqları müəyyən etmək; Yükvuranın və onun bütün mexanizminin cari təmirində və texniki xidmətində iştirak etmək və bu prosesə nəzarət etmək; Bilavasitə rəhbərin müəyyən etdiyi ərazilərdə istifadə olunan xammalın və digər malların təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etmək; Yüklərin tros, zəncir və digər vasitələrlə düzgün və təhlükəsiz bağlanmasını təmin etmək. Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi Sürücülük vəsiqəsi, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (TH katerqoriyalı) və ya müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sertifikat Məsuliyyət və dəqiqlik Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı İş şəraiti:  İş yeri: Zığ qəsəbəsi İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yükləyici sürücüsü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.