Yüklənir...
Местоположение: Bakı
CarBuy Hub layihəsini TikTok və digər sosial şəbəkələrdə təmsil edəcək, canlı yayımlar aparacaq və videoçəkilişlərdə iştirak edəcək xanım əməkdaş axtarırıq. İş yeri: Carbuy İş qrafiki: 6 günlük Vəzifə öhdəlikləri: TikTok və digər sosial şəbəkələrdə canlı yayımlar aparmaq; CarBuy Hub layihəsini, avtomobilləri və şirkətin xidmətlərini təqdim etmək; İzləyicilərin suallarını canlı yayım zamanı cavablandırmaq; Sosial şəbəkələr üçün hazırlanacaq reklam, Reels, TikTok və digər videolarda iştirak etmək; Avtomobil təqdimatları və marketinq çəkilişlərində şirkətin siması kimi çıxış etmək; Auditoriya ilə aktiv, pozitiv və peşəkar ünsiyyət qurmaq; Kontent komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək; Şirkəti sosial şəbəkələrdə peşəkar şəkildə təmsil etmək. Namizədə tələblər: Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub; Kamera qarşısında sərbəst, enerjili və özünəinamlı olmaq; Səlis nitqə və düzgün diksiyaya sahib olmaq; Baxımlı və səliqəli xarici görünüş; Ünsiyyətcil, pozitiv, kreativ və məsuliyyətli olmaq; Uzunmüddətli canlı yayımları dinamik aparmaq bacarığı; Azərbaycan dilində sərbəst danışmaq; TikTok və digər sosial media platformalarını yaxşı bilmək; Aparıcılıq, satış, reklam çəkilişi və ya sosial media sahəsində təcrübə üstünlükdür. Biz nə təklif edirik? Rəqabətədavamlı əməkhaqqı; Dinamik və yaradıcı iş mühiti; CarBuy Hub layihəsinin sosial media siması olmaq imkanı; Reklam və sosial media çəkilişlərində iştirak; Peşəkar inkişaf perspektivləri; Marketinq və çəkiliş komandasının dəstəyi. Şəkilli CV-nizi və qısa təqdimat videonuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin. Şəkilsiz CV-lərə baxılmayacaq. Müraciət zamanı “Sosial media üzü və kontent aparıcısı” qeyd edilməlidir.