Data mühəndisi (Data Engineer) - Caspel

Местоположение: Bakı

Caspel Süni intellekt departamentinin komandasına Data mühəndisi axtarılır! Tələblər Kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Data mühəndisliyi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi; Python və SQL üzrə güclü biliklər; ETL/ELT proseslərinin qurulması və data pipeline alətləri (Apache Airflow, dbt və s.) ilə iş təcrübəsi; Relational (PostgreSQL, MySQL, MS SQL) və NoSQL (MongoDB, Redis) məlumat bazaları ilə iş təcrübəsi; Vector verilənlər bazaları (Qdrant, Milvus, pgvector və s.) üzrə biliklər; Docker, Linux, Git və CI/CD prosesləri üzrə biliklər; Məlumatların modelləşdirilməsi, data keyfiyyəti və data governance anlayışları; Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Rus dili arzuolunandır. Öhdəliklər Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və inteqrasiyası üçün ETL/ELT proseslərinin qurulması və dəstəklənməsi; Data pipeline-ların layihələndirilməsi, avtomatlaşdırılması və monitorinqi; Data warehouse və data lake infrastrukturunun qurulması və idarə olunması; AI və ML modelləri üçün keyfiyyətli dataset-lərin hazırlanması və aktual saxlanılması; RAG sistemləri üçün məlumatların emalı, vektorlaşdırılması və vector bazalarında idarə olunması; Real vaxt (streaming) və batch məlumat axınlarının qurulması və dəstəklənməsi; Məlumat keyfiyyətinin yoxlanılması, validasiya qaydalarının tətbiqi və problemlərin aradan qaldırılması; Məlumatların təhlükəsizliyi və məxfiliyi tələblərinə riayət olunmasının təmin edilməsi; Data infrastrukturunun performansının optimallaşdırılması və miqyaslandırılması; Texniki sənədləşdirmənin aparılması və AI komandası daxilində sıx əməkdaşlıq. Şəxsi keyfiyyətlər Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı; Məsuliyyətlilik və nəticəyönümlülük; Komandada işləmək və effektiv ünsiyyət bacarığı; Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik; Diqqətlilik və işə keyfiyyətli yanaşma; Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti. Əlavə məlumatlar Əmək haqqı: razılaşma yolu ilə; İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə. Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Data mühəndisi (Data Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.