Местоположение: Bakı
Vəzifə öhdəlikləri Topoqrafik ölçmə işlərinin aparılması və koordinatların müəyyən edilməsi. GPS, Total Station və digər geodeziya avadanlıqları ilə sahə ölçmələrinin icrası. Topoqrafik planların, xəritələrin və ölçü hesabatlarının hazırlanması. Tikinti sahəsində layihəyə uyğun ölçmə və nişanlama işlərinin aparılması. Yerinə yetirilən işlərin layihə və normativ tələblərə uyğunluğunun yoxlanılması. İcra olunmuş işlərin sənədləşdirilməsi və hesabatların hazırlanması. Sahədə podratçıların gördüyü ölçmə işlərinə nəzarət və koordinasiya. Tələblər Geodeziya, Topoqrafiya və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil. Minimum 5 il iş təcrübəsi. GPS, Total Station, Nivelir və digər geodeziya cihazları ilə işləmək bacarığı. AutoCAD, Civil 3D, Leica Geo Office və ya oxşar proqramlarda işləmək bacarığı. Sahə təcrübəsinin olması mütləqdir. Şəxsi keyfiyyətlər Analitik düşüncə və detallara diqqət. Məsuliyyətli və intizamlı. Komanda ilə işləmək bacarığı. Operativ qərarvermə və təşəbbüskarlıq. Vaxtın düzgün idarə olunması. İ ş yeri: Bakı şəhəri Qış Parkının yanı Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “ Topoqraf” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.