Avtokar sürücüsü - Caspian Cable Systems

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: İşə başlamadan əvvəl texniki təhlükəsizlik qaydalarına əsasən idarə etdiyi avtokarın gündəlik olaraq yoxlanması, sazlığına nəzarət edilməsi; Baş anbardarın tapşırığı əsasında mövcud yüklərin təhlükəsiz şəkildə anbara, sexə və ərazidə olan lazımi yerlərə daşınması və yerləşdirilməsi; Sifariş olunan ölçüdəki barabanların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi və eyni zamanda lazım gələrsə, oradan anbara və sexə gətirilməsi; Avtokar vasitəsi ilə digər yükləmə işlərinin həyata keçirilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi; Daxili Əmək İntizam Qaydalarına riayət etməsi. Məhsulların avtokarla daşınması və yerləşdirilməsinin mümkün olmadığı bəzi dar yerlərdə malların əl ilə səliqəli şəkildə yığılmasında abardara yardım etmək; Sayım və iməclik proseslərində iştirak etmək; Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək. Təhsil tələbləri: Avtokar sürücüsü sertifikatı mütləq tələbdir. Avtokar sürücüsü vəsiqəsi isə əlavə üstünlükdür. Staja dair tələb: Ən azı 1-3 il Peşə səriştələri: Effektiv ünsiyyət Operativlik Dəqiqlik Avtokarı səlis və düzgün idarəetmə bacarığı Dil bilikləri: Azərbaycan dili ​​​​​​​ İş şərtləri: 5 günlük iş qrafiki/saat 07:30-dan 17:30-a qədər.  Nahar və çay fasiləsi: 1 saat nahar və 2 dəfə olmaqla, 30 dəqiqə çay fasilələri Əmək haqqı: 600-700 AZN İş yeri: Abşeron rayonu Qobu-Güzdək ərazisi. Nahar və Servis Şirkət tərəfindən təmin olunur. İşə qəbul zamanı əsasən Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük veriləcək. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Avtokar sürücüsü” yazaraq göndərə bilərlər.