Yüklənir...
Местоположение: Bakı
BOKT “Caspian İnvest” MMC İsmayıllı filialına “ Filial müdiri ” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri: Filialın gündəlik fəaliyyətini təşkil və idarə etmək; Filialın satış planının və biznes hədəflərinin icrasını təmin etmək Kredit portfelinin keyfiyyətini qorumaq, gecikmiş kreditlərin idarə olunmasını təşkil etmək; Filial əməkdaşlarının işini planlaşdırmaq, fəaliyyətini qiymətləndirmək və inkişafını dəstəkləmək; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişafı istiqamətində tədbirlər görmək; Daxili prosedur və qaydalara, eləcə də qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək; Filial üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək; Tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə); MS Office proqramlarında işləmək bacarığı Bank və ya BOKT sektorunda minimum 3 il , rəhbər vəzifədə isə minimum 1 il iş təcrübəsi; Kreditləşmə prinsipləri, maliyyə təhlili və risklərin idarə edilməsi üzrə biliklər; Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və bank-maliyyə sektorunu tənzimləyən normativ sənədlər üzrə biliklər; Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı; İş şəraiti: İş rejimi: 6/1 Ünvan: İsmayıllı rayonu Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq. Biz təklif edirik: Rəqabətədavamlı əmək haqqı və bonus sistemi Peşəkar inkişaf və karyera yüksəlişi imkanı Rahat və dinamik iş mühiti Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni “İsmayıllı filialına Filial müdiri” mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.