Местоположение: Bakı şəhəri,
BOKT “Caspian İnvest” MMC Baş ofisə “Problemli kreditlər üzrə şöbə müdiri” vəzifəsi üzrə vakansiya elan edir. İş barədə məlumat: Müştərilərin mövcud borc öhdəlikləri və gecikmə hallarının qiymətləndirilməsi və təhlilinin aparılması. Problemli kredit portfeli üzrə risklərin müəyyən edilməsi və effektiv şəkildə idarə olunması. Borclularla əlaqə yaradaraq öhdəliklərin icrası üçün zəruri məlumatlandırmanın təmin edilməsi. Ödənişlərin tənzimlənməsi, restrukturizasiya prosesləri və uyğun ödəniş qrafiklərinin izlənməsi. Aylıq və həftəlik əsasda göstəricilərə dair analitik hesabatların hazırlanması. Hüquq şöbəsi də daxil olmaqla digər əlaqəli şöbələrlə əməkdaşlıq və koordinasiyalı işin təşkili. Şirkətin daxili norma və prosedurlarına uyğun şəkildə sənədləşmə proseslərinin həyata keçirilməsi. Bakı və region ərazilərində müştərilərlə yerində görüşlərin keçirilməsi məqsədilə vizitlərin təşkili. Namizədə tələblər Ali təhsil. Problemli kreditlərin idarə edilməsi, risklərin qiymətləndirilməsi sahəsində ən azı 3 illik iş təcrübəsi. Güclü analitik bacarıq və sağlam qərarvermə qabiliyyəti Şəxsi avtomobilə sahib olmaq. Yüksək səviyyədə ünsiyyət qurmaq və effektiv danışıq bacarığı. Stressli şəraitdə işləmək və problemləri operativ həll etmək bacarığı. Kompüter bilikləri: MS Office (Excel yüksək səviyyədə). İş şəraiti: İş saatı 09:00-18:00 dək Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə Əmək haqqı (+bonus) razılaşma yolu ilə. Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Problemli kreditlər üzrə şöbə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət maili hr@caspianinvest.az