Местоположение: Bakı
Vəzifə öhdəlikləri Tender elanlarının və birbaşa satınalma sorğularının izlənilməsi, daxil olan tapşırıqların operativ şəkildə icraya götürülməsi; Məhsul və avadanlıqlar üzrə yerli və xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması; Təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması; Texniki tapşırıqların, spesifikasiyaların və tender tələblərinin təhlili, təklif olunan məhsulların uyğunluğunun yoxlanılması; Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi; Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla; Tender üçün tələb olunan qiymət təkliflərinin, uyğunluq cədvəllərinin və digər satınalma sənədlərinin hazırlanması; Sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi; Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya; Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması; Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi; Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması; Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət. Namizədə tələblər Satınalma, tender və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər; Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı; Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı; Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı. İş şəraiti Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir; Nahar şirkət tərəfindən təmin edilir; Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur; İş rejimi: 5/2; İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı; İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.