Yüklənir...
Местоположение: Bakı
İş şəraiti: İş yeri: Bakı, Babək plaza, 8-ci mərtəbə İş qrafiki: (Tam) (Bazar ertəsi – Cümə) - 09:00 – 18:00 Əmək haqqı: 1400 Azn + yanacaq və amortizasiya xərcləri +bonuslar Tələblər: Ali təhsil (İqtisadiyyat, Marketinq və ya əlaqəli sahə üzrə). Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi. Şəxsi avtomobilin olması mütləqdir. Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya İngilis dillərində biliklər üstünlükdür. MS Office proqramlarında yüksək səviyyədə biliklər. Güclü ünsiyyət və liderlik bacarıqları. Analitik düşünmə və problem həll etmə qabiliyyəti. Öhdəliklər: Təyin olunan ərazidə satış fəaliyyətlərinin təşkili və idarə edilməsi. Satış hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə çatmaq üçün strategiyaların hazırlanması. Satış komandalarının rəhbərliyi və motivasiyası. Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə əlaqələrin gücləndirilməsi. Satış göstəricilərinin izlənməsi və müvafiq hesabatların hazırlanması. Satış nöqtələrinin ziyarət edilməsi və fəaliyyətlərinin nəzarət altında saxlanılması. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.