Rezervasiyalar üzrə nümayəndə - Chenot Palace

Местоположение: Bakı şəhəri

Şöbə: Qəbul və qeydiyyat Ünvan: Qəbələ Vəzifə öhdəlikləri: Telefon və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək; Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək; CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək; Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq; Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək; Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək; Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək; Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.     Namizədə tələblər: Bakalavr dərəcəsi, (qonaqpərvərlik sahəsində ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir); Azərbaycan, İngilis və Rus dilində səlis danışmaq və yazma bacarığı olmalıdır; Daha əvvəl eyni sahədə və Ön büro təcrübəsi arzu olunandır; Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı; Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması; Ofis avadanlığı, eləcə də Microsoft Outlook kimi əməliyyat sistemlərindən istifadə haqqında ətraflı məlumata malik olmaq; Opera PMS sistemini bilmək arzu olunandır;, Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmə bacarığı. Komandada işləmə bacarığı; İşçinin təminatları: Qonaqlama (digər bölgələrdən olduğu halda) Qidalanma (işçi yeməkxanasında) Servis xidməti. Korporativ nömrə Maraqlanan namizədlər cv-lərini  Müraciət Et  düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.  Müraciət maili  hr@chenotpalacegabala.com