Yüklənir...
Местоположение: Bakı
Tikinti şirkəti HR Mütəxəssisi vəzifəsinə işçi axtarır. Vəzifə öhdəlikləri: İşə qəbul prosesinin təşkili və idarə olunması; Vakansiyaların hazırlanması və iş elanlarının yerləşdirilməsi; Namizədlərin axtarışı, müsahibələrin təşkili və qiymətləndirilməsi; Əmək müqavilələrinin hazırlanması və işçilərin işə qəbulu, vəzifə dəyişikliyi və işdən azad olunması proseslərinin rəsmiləşdirilməsi; Şəxsi işlərin və kadr sənədlərinin qanunvericiliyə uyğun aparılması; Əmək Məcəlləsinin tələblərinə uyğun kadr uçotunun təşkili; Məzuniyyət, ezamiyyət, iş vaxtı cədvəlləri və digər HR sənədlərinin hazırlanması; Dövlət qurumları və aidiyyəti sistemlərlə bağlı kadr əməliyyatlarının icrası; Tələblər: Ali təhsil; HR sahəsində minimum 2 il iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir); Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; MS Office proqramlarında sərbəst işləmək; Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı; Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq. İş növü: Tam ştat Maraqlanan namizədlər CV-lərini (HR mütəxəssis) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər