Местоположение: Bakı
İdman sahəsində fəaliyyət göstərən təşkilatlardan biri layihə əsaslı əməkdaşlıq üçün Kommunikasiya və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır. Namizədə tələblər: Ali təhsil (beynəlxalq münasibətlər, menecment, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür); Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (beynəlxalq əlaqələr, layihə idarəetməsi və ya koordinasiya sahəsində); Dil bilikləri: Azərbaycan və ingilis dilləri (əla), rus dili biliyi arzuolunandır; Azərbaycan və ingilis dillərində əla şifahi və yazılı ünsiyyət bacarıqları (qrammatik cəhətdən düzgün rəsmi yazışma, e-mail etiketi və biznes kommunikasiyası); Güclü şifahi və yazılı kommunikasiya, təqdimat və təşkilatçılıq bacarıqları; Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Rəsmi yazışma və protokol qaydalarını bilməsi; Vaxtın effektiv idarə olunması və multitasking bacarığı. Əsas vəzifə öhdəlikləri: Yerli və beynəlxalq qurumlarla əlaqələrin qurulması və idarə olunması; Ölkədaxili və beynəlxalq tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi; Beynəlxalq qrantlar və layihələr üçün müraciətlərin hazırlanması; İllik təqvimə baxış, təlim-məşq toplanışları və yarışlarla bağlı işlərin planlaşdırılması və koordinasiyası; Xarici işgüzar səfərlərin təşkili (viza müraciətləri, sığorta, dəvət və icazə məktubları, səyahət planı və büdcə); Zərurət yarandıqda milli komandaların beynəlxalq səfərlərində iştirak etmək, yarış müddətində təşkilati və koordinasiya proseslərini idarə etmək; VIP qonaqların səfər proqramlarının hazırlanması və müşayiəti; Müxtəlif dövlət qurumlarına, təhsil ocaqlarına, digər federasiyalara və özəl müəssisələrə məktubların yazılması; Rəsmi protokol qaydalarına uyğun görüşlərin təşkili və idarə olunması; Onlayn görüşlərin təşkili və moderasiyası; Valideynlər, məşqçilər və idmançılarla kommunikasiya proseslərinin idarə olunması. Biz nə təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı; Peşəkar və dinamik iş mühiti; Beynəlxalq tədbirlərdə iştirak imkanı; Karyera inkişafı perspektivi; Layihənin nəticələrindən və əməkdaşın performansından asılı olaraq daimi ştata keçid imkanı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.